Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2016

İmam Xomeyni (r) üçün ilk dəfə oxuyan yeniyetmə sonralar... (foto)

“İmamın qarşısında ilk dəfə sürud oxuyan mən oldum...”
İmam Xomeyni (r) 1979-cu ildə İslam İnqilabı zamanı İrana dönəndə yeniyetmələr onun hüzurunda inqilabi sürud (marş) oxudular. O yeniyetmələrdən biri sonradan İranın məşhur xanəndəsi oldu: Məhəmməd Qolriz!
Sənətkar həmin günləri belə xatırlayır: 
İnqilabdan qabaq nümayişlərdə iştirak edirdim, mərsiyə, inqilabi sürud oxuyurdum. İnqilaba dörd il qalmış mərhum Sobhdel kimi dostlarla “Bərxizid” (Qalxın), “Xomeyni, ey İmam”, “Neyayeş” kimi sürudlar hazırladıq. Mərhum atam o dövrün tanınmış məddahlarından idi. Mən onunla məclislərə gedir, tədricən bu sənətin incəliklərinə yiyələnirdim. Məni İmamın istiqbalına hazırlaşan sürud qrupuna yazdılar, sonradan radioda oxumağa başladım. 
H-ş. 1355-ci ildə mərhum Məhəmmədriza Lütfinin rəhbərliyi ilə radioda Şeyda qrupunda oxumağa başladım. “Bangi-azadi”, ”Xoş amadi İmami-ma” kimi sürudlarımız var idi. İmamın vəfatından sonra “Sugi-xorşid”, “Dəriğa”, “Rehləti-yar”, “Nəmazi-axər” sürudları yarandı...
İmamın qarşısında sürud oxumağım yaddan çıxmaz. İmamın qarşısında ilk dəfə sürud oxuyan mən olmuşam... 







Vilayet.info

977 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...