Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2016

Malıbəyli və Quşçuların işğalından 24 il ötür

Bu gün Şuşanın Malıbəyli və Quşçular kəndlərinin işğalı günüdür. Yuxarı Quşçular – Azərbaycan Respublikasının Şuşa rayonunun inzibati ərazi vahidində kənddir. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Yuxarı Quşçular kəndinin tarixi 18-ci yüzillikdə buraya yerləşən əhali ilə başlayır. Bu əhali Tovuz ərazisindən köç edib. Əhalinin mənşəyi Orta Asiyadan köç etmiş Kuşun tayfasındandır. Qarabağ müharibəsinin başlanğıcında Ermənistan qüvvələri Qarabağın ermənilər yaşayan hissələrini tamamilə ələ keçirdikdən sonra, azərbaycanlılar yaşayan məntəqələrə hücum etməyə başladılar. 1992-ci ilin yanvar ayında ermənilər Xankəndi şəhərindəki Azərbaycan XTPD qüvvələrini sıxışdıraraq çıxardılar. Daha sonra ermənilər Şuşa şəhərinin işğal edilməsi məqsədilə onu mühasirəyə almağa başladılar. Bu proses zamanı onlar eyni vaxtda, 1992-ci ilin fevralın 12-də Şuşa rayonunun Malıbəyli və Quşçular kəndinə hücum etdilər. Kəndlərin hər ikisi bir günün içində işğal edildi, işğal nəticəsində təxminən 50 nəfər dinc sakin Ermənistan ordusu və muzdlu əsgərləri tərəfindən vəhşicəsinə öldürüldü. Yerdə qalan əhali qaçmaqla canını qurtara bildi, kəndlərin hər ikisi isə tamamilə yandırıldı.

Malıbəyli - 1986-cı il əhalinin siyahıya alınması göstəricilərinə görə kənddəki əhalinin sayı 280 nəfər olub. Onların hamısı milliyətcə azərbaycanlıdır. 1992-ci il 11 fevral tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Malıbəyli yaşayış məntəqəsi XVIII əsrin axırları və XIX əsrin əvvəllərində sahibkar Malıbəyə məxsus ailələrin Malıbəy kəndindən köçüb, bu ərazidə məskunlaşması nəticəsində yaranıb.
Malıbəyli kəndi Qarqarçayın sahilində, Şuşa şəhərindən 15 km şimalda, dağətəyi ərazidə yerləşir. Əsasən azərbaycanlılardan ibarətdir. Əhalinin əksəriyyəti hal-hazırda Sabunçu rayonu ərazisində 2007-ci ildə salınmış Ramana-450 qəsəbəsində məskunlaşıb.
900 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber