Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2016

Lavrov: Türkiyə İŞİD-lə birgədir

Rusiya əl-Yəvm kanalı məlumat verib: Rusiyanın xarici işlər naziri Türkiyəni İŞİD-lə gizli danışıqlarda və bu terrorçu qruplaşma ilə birgə olmaqda ittiham edib.
Nuraz.in-in əl-Aləmə istinadlı məlumatına əsasən, Sergey Lavrov deyib: Hal hazırda Türkiyə İŞİD-lə Rusiyanın hava hücumları barədə əməkdaşlıq üçün gizli danışıqlar aparır.
O əlavə edib: Rusiya Türkiyənin Suriya ilə sərhəd məntəqələrdəki fəaliyyətindən narahatdır. Ümidvaram ki, Vaşinqton Türkiyəyə Suriya ərazisinə təcavüz etməyə icazə verməsin.
Suriya böhranının həllində hərbi yolların seçilməsi təhlükəsi realdır.
Bəzi ölkələr müzakirələrin nəticə verməyəcəyi halda Suriyaya hərbi müdaxilə edəcəklərini gizlətmirlər. Bu ölkələr Suriya prezidenti Bəşər Əsədin şəxsiyyətinə olan nifrətlərini gizlətmirlər.
S. Lavrov görkəmli rus şərqşünası Vitali Novamkinin sözlərinə işarə edərək deyib: O, Suriyanın aqibəti barədə 3 ssenari proqnozlaşdırır: Müzakirə tərəflərinin Cenevrədə ortaq həll yoluna çatması, Rusiya ordusunun hərbi qələbə qazanması və ya bir neçə xarici ölkənin iştirakı ilə böyük müharibənin başlaması.
Lavrov əlavə edib: Moskva, Vaşinqton və Avropa Ölkələri israr edirlər ki, Suriya böhranının hərbi həll yolu mövcud deyil. Lakin Yaxın Şərqdə Vaşinqtonun bəzi müttəfiqləri bu məsələ ilə qəti müxalif olduqlarını bildirirlər.
Bu ssenari (hərbi yol) artıq reallığa çevrilir. Biz artıq Suriyaya quru qoşunları yeridilməsi planı barədə sözlər eşidirik.
O Səudiyyə Ərəbistanının Suriyaya ordu göndərməyə hazır olduğunu bildirməsi və bir neçə ölkənin bu məsələni müdafiə etməsinə işarə edərək deyib: Bəhreyn kralının Rusiyaya səfəri zamanı Bəhreynin də bu planda iştirak edəcəyi barədə xəbərlər yayıldı. Lakin Bəhreyn kralı və xarici işlər naziri bunu təkzib etdilər.
743 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP