Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2013

“Neft pullarının qırıntılarını yeyən Azərbaycan xalqı özünü çox xoşbəxt hiss edir”

Zərdüşt Əlizadə: ”Ukraynada Azərbaycanın taleyinin həll olunduğunu düşünənlər yanılırlar”

“Ukraynada baş verən proseslərin Azərbaycanın siyasi həyatına təsiri dolayı yolla və çox cüzi şəkildə olacaq. Bunu faizlə ifadə eləsək, təxminən 0,5 faiz. Azərbaycandakı proseslərə 60-70% yalnız Rusiyadakı proseslərə təsir göstərə bilər."

Bu sözləri FaktXeber.com-a politoloq Zərdüşt Əlizadə, “Ukraynada Azərbaycanın taleyinin həll olunacağına dair səsləndirilən fikirlər nə dərəcədə doğrudur”, - sualını cavablandırarkən qeyd edib. Müsahibin sözlərinə görə, Ukraynadakı proseslərdən ilkin olaraq Rusiya qalib çıxacaq: “Belə ki, Rusiya ucuz qaz satmağa, Ukrayna mallarını almağa və pul ödəməyə hazır olduğunu söyləyib. Lakin tarixi perspektivlik baxımından Rusiyanın gələcəyi yoxdur və Qərb demokratiyası qalib gələcək. Hərçənd ki, Qərbin taleyi də sual altındadır. Ukraynada Qərb qalib gəlsə belə, bunun Azərbaycana hər hansı bir formada təsiri olmayacaq. Azərbaycan hakimiyyəti sakit oturaraq neftin pullarını xımır-xımır yeyir. Neft pullarından qalan qırıntıları yiyən xalq isə özünü çox xoşbəxt hiss edir. Eyni halda Azərbaycanın üç-dörd ağası da özlərinə lazım olan paylarını götürürlər. ”

Zərdüşt bəy sonda bildirdi ki, Ukraynada Qərbin qalib gəlməsi nəticəsində qarşıdan gələn ildə Ukraynada iflas yaşana bilər: “Bu isə nəticədə Avropa dəyərlərinə ciddi şəkildə zərbə olacaq.”
1550 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP