Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2016

Neftçi ailələri etiraz edirlər

«Günəşli» yatağındakı qəza zamanı itkin düşən neftçilərin ailə üzviləri və yaxınları Prezident Administrasiyası önündə etiraz aksiyası keçirirlər.

İtkin düşən neftçilərin ailə üzvləri axtarışların aparılması vəziyyətindən narahatdırlar. Onların fikrincə, axtarış getmir, belə axtarışla hansısa nəticəyə nail olmaq mümkün deyil.

«Bizi Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev qəbul etmir. Sorğularımıza cavab ala bilmirik, ona görə də ümidimiz dövlət başçısı İlham Əliyevə və xanımı Mehriban Əliyevaya qalıb» – deyə ailələrdən birinin nümayəndəsi bildirib.


Aksiya iştirakçıları axtarışların sürətləndirilməsini, itkin düşən neftçilərin cəsədlərinin tezliklə tapılmasını istədiklərini bildirirlər. İtkin düşən neftçilərin ailələrinin məqsədi Prezident Administrasiyasında məsullarla görüşmək və axtarış sahəsində irəliləyişə nail olmaqdır.

2015-ci il dekabrın 4-də «Günəşli» yatağında yanğın baş verib. Bu zamanı 64 nəfərdən 34 nəfər xilas edilib. 7 meyit dərhal aşkar edilib, sonra axtarış nəticəsində daha 6 meyit tapılıb. 17 neftçi hələ də itkin düşmüş sayılır və cəsədləri tapılmayıb./azadlıq/
812 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı