Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2016

İki qəzet redaksiyasına eyni vaxtda silahlı hücum

Türkiyədə “Yeni Şafak” və “Yeni Akit” qəzetlərinin ofislərinə silahlı və “Molotov kokteylli” basqın nəticəsində binaya və redaksiyaya ziyan dəyib.

Bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, basqınlar eyni vaxtda olub. Üzləri maskalı 5 nəfər “Yeni Şafak” qəzetinin binası önünə gedərək, əllərindəki “Molotov kokteylləri”ni redakisyanın girişinə atdıqdan sonra tüfənglə ofisə doğru atəş də açıblar. Eyni vaxtda “Yeni Akit” qəzetinin binasına da “Molotov kokteyli” atılıb, ofis atəşə tutulub.

“Yeni Şafak”ın ofisi İstanbulun Bayrampaşa rayonunda, “Yeni Akit” isə şəhərin Küçükçekməcə bölgəsində yerləşir.
1113 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.05.17, 08:48
Hakimiyyətin borc cehizi
22.05.17, 09:51
NÖVBƏTİ İNTİHAR
22.05.17, 09:47
YENƏ İNTİHAR
Go to TOP