Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2016

Bakıda banka basqın — FOTO

Bakının Binəqədi rayonunda banka basqın edilib.

Naməlum şəxs rayonun Şövkət Məmmədova küçəsi 10 ünvanında yerləşən “DəmirBank”dan oğurluq etmək istəyib.

Bankın arxa tərəfində olan tikilinin üstünə çıxan oğru bankın pəncərəsini sındırıb. O, içəri daxil olanda mühafizə xidmətinin siqnalizasiyası işə düşüb.

Oğru bankın birinci mərtəbəsinə düşəndə hadisə yerinə mühafizə polislərinin gəldiyi görüb, qaçmağa başlayıb. Lakin uzağa qaça bilməyib. Polis əməkdaşları onu yaxalayıb. Hadisə yerinə baxış zamanı oradan dəmir ling aşkarlanıb.

Saxlanılan şəxs Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə aparılıb./apa/

1047 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.17, 14:49
KARİKATURA
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 15:58
Astara sakini intihar edib