Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2016

Rusiya atəşkəs qərarına qarşı çıxdı: "Bombardman davam edəcək"

Rusiya dünən Münhendə Suriya danışıqları zamanı qəbul edilən atəşkəs qərarına əməl etməyəcək.

Moskva bir həftə davam edəcək atəşkəs dövründə aviazərbələri dayandırmaqdan imtina edib. Bu məlumatı «Reuters» ə qərbli diplomatların biri verib.

Toplantıda Rusiyanı xarici işlər naziri Sergey Lavrov, ABŞ-ı baş katib Con Kerri təmsil edib. Danışıqlarda BMT-nin Suriya münaqişəsi üzrə xüsusi elçisi Steffan de Mistura da iştirak edib.

Görüşün yekunu olaraq üç bənddən ibarət razılıq əldə olunub. Bu, bir həftəlik atəşkəs, Suriyaya humanitar yardım və sülh danışıqlarının bərpasıdır.
Xatırladaq ki, Cenevrə sammitində sülh danışıqlarının bu ayın sonlarına qədər dondurulmasına qərar verilmişdi.
728 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 08:16