Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2016

Türkiyədə turizm sektoru çökür - Bu otellər satışa çıxarıldı (FOTOLAR)

Türkiyədə 1300-ə yaxın otel satışa  çıxarılıb. Ankara ilə Moskva arasında yaranan gərginlikdən sonra ölkəyə gələn rus turistlərin sayı əhəmiyyətli dərəcədə azalıb. ​Ard-arda baş verən terror olayları da turistlərin Türkiyəyə axınının qarşısını alıb.

Satışa çıxarılan bəzi otellər:

"Balin Hotel İstanbul" 

İstanbuladkı bu otel 5,6 milyon avroya satılır. Otel "Sultanəhməd" meydanında yerləşir, 30 lüks nömrəsi var.

"Le Jardin Resort Hotel" 

Kəmər istirahət zonasında yerləşən bu 5 ulduzlu otel 41 milyon avroya satılır.

"Le Jardin Resort Hotel"

308 otaqlı bu oteldə sauna, türk hamamı, tennis zalları, hovuzlar, 6 restoran və oyun meydançası var. Otelin ən azi 85 faizi turistlərlə dolu olur.

"Royal Palm Resort" 

Kəmərdə yerləşən bu 5 ulduzlu otel 45,6 milyon avroya satılır.

"Pera Tulip City Hotel Istanbul"

"Bosfor" boğazına baxan İstanbuldakı bu 5 ulduzlu otel 20,4 milyon avroya satılır.

"Pine House Hotel"

Kəmərdə yerləşən 4 ulduzlu bu otelin qiyməti 7,1 milyon avrodur.

"And Hotel"

İstanbulun mərkəzində yerləşir, 12,8 mlyon avroya satılır.

"Mediterra Art Hotel"

Antaliyada yerləşir, 3,8 milyon avroya satılır.

"Side Bella Luna"

Antaliyada 5 ulduzlu oteldir, 38 milyon avroya satılır.

832 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:08