Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2016

ABŞ çarəsiz: “Neyləyək, Rusiyayla savaşaqmı?”

Amerikanın “New York Times” qəzeti Obama administrasiyasının Rusiya qarşısında xeyli çarəsiz vəziyyətdə qaldığını təsdiq edən bir xəbərlə okeanın o tayına bağlanan bir çox ümidləri puç edib.

Məlumat Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinə istinadən yayılıb.

Məlumata görə, ötən həftə Londonda Şahzadə Karles tərəfindən təşkil edilən bir toplantıda ABŞ-ın dövlət katibi Con Kerri suriyalı müxaliflərin qınaqlarını ölkəsinin qüdrətinə yaraşmayacaq çarəsizlik dolu öfkəylə cavablandırıb.

Müxaliflər bir gündə Hələbə 230 misket bombası atıldığını deyincə, Kerri onların sözünü kəsərək səhvlərini düzəldib: “230 yox, 180”.

Ardından isə tərəf-müqabillərini heyrətə salan fikirlərini səsləndirib: "Daha da dəhşətli olacaq. Bu, üç ay boyunca davam edəcək, müxalifəti böyük ölçüdə yox edəcək. Nə etməyimi istəyirsiniz, Rusiya ilə döyüşəmi girməliyik?”/strateg/
958 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.09.17, 10:14
Daşla adam öldürdü