Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2013

“Vətəndaşların cibinə girməmək üçün alternativlər var”

Surət Hüseynov deyir ki, ölkədən oğurlanan pulları millətə qaytarmaq lazımdır

Bu günlərdə sabiq baş nazir Surət Hüseynovun Dubayda hava limanında saxlanıldığı və bir neçə saat sonra sərbəst buraxıldığı barədə xəbər yayılmışdı. Əməkdaşımız dünən Surət Hüseynovla əlaqə saxlaya bilib və ona bu barədə suallar verib. Surət Hüseynov eynu zamanda əməkdaşımızın bahalaşma ilə bağlı suallarına da cavab verib.

- Vaxtaşırı xəbərlər yayılır barənizdə. Məsələn, Dubay aeroportunda saxlanılmanız.... 
- Mən belə bir hadisə ilə rastlaşmamışam. Son zamanlar ümumiyyətlə, Dubayda da olmamışam.

- Bəs, bu cür xəbərlər sizcə, nəyə görə yayılır?
- Mən deyə bilmərəm kimin hansı niyyəti olub. Əsas məsələ odur ki, bu xəbər doğru deyil.

- Son vaxtlar ölkədə qiymət artımları ilə bağlı cəmiyyətdə narazılıq artır. Bir sıra müxalifət liderləri bunu birmənalı olaraq, hökümətin vətəndaşların cibinə girməsi kimi qiymətləndirdilər. 
- Bu ildən başlayaraq, hasil olunan neftin həcmi və buna uyğun gəlirlər azalmaq dövrünə girdi. Bu, neft strategiyasını aparanlara əvvəldən məlum idi. Neft gəlirləri azalsa da, dövlət büdcə öhdəliklərini hələ ki azaltmır. Deməli, büdcəni doldurmaq ehtiyacı təbiidir. Vətəndaşların cibinə girməməyin alternativi bu illərdə artıq qurulmuş, iqtisadiyatın gəlirli qeyri- neft sektoru olmalı idi. Bu, yox dərəcəsindədi. Başqa bir alternativ isə büdcə xərclərinin kölgə iqtisadiyatının leqallaşdırılması ilə həllidir.

- Amma deyəsən, iqtidar buna gedənə oxşamır... 
- Büdcə kəsiri həcmində rəsmi hesabdan kənarda dövr edən maliyə qaytarılmalıdı dövlət büdcəsinə. Bunu ortaya çıxartmaq siyasi iradə tələb edir. Bunu etapla etmək olar. Bununla və əlavə tədbirlərlə yaxın iki il ərzində ölkə iqtisadiyyatının qeyri-neft sektorunun həcmi artar, çatışmayan vəsait real gəlir vergisinin hesabına əmələ gələr.

- Siyasi iradə yoxdursa?.. 
- Hakimiyyət xalqın səsini eşitməlidi.

/azadlıq/

1637 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber