Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2016

Sahibkardan komitə sədrinə çətin suallar

Gömrük komitəsində brokerlər hələ də at oynadır

Biləcəri qəsəbəsi, R.Ismayılov küçəsi, ev 1b, mənzil 1 ünvanın yaşayan sahibkar Səxavət Mustafayev gömrük komitəsinin sədri Aydın Əliyevə müraciət edib. O, müraciətin bir surətini də redaksiyamıza ünvanlayıb. Sahibkar yazır:

“21 dekabr 2015-ci il tarixdə Rusiya Federasiyasından Biləcəri dəmir yolu stansiyasına mənim ünvanıma gəlmiş bir vaqon şüşə lövhələrin gömrük rəsmiləşdirilməsi üçün Sumqayıt Baş Gömrük Idarəsinə müraciət etsəm də, onlar şüşə lövhələrin gömrük rəsmiləşdirilməsindən imtina etmişdilər. Bununla bağlı 25.12.2015-ci il tarixdə mən Sizə müraciət edərək xahiş etmişdim ki, tabeçiliyinizdə olan müvafiq qurumlara həmin vaqonda olan şüşə lövhələrin rəsmiləşdirilməsi üçün göstəriş verəsiniz. Sizdən cavab gəlmədiyinə görə mən brokerlərlə (”Trans Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov və onun əlaltıları) danışığa getdim və onların tələblərinə uyğun olaraq söz verdim ki, həmin vaqonda olan şüşə lövhələri onlara maya dəyərinə verəcəyəm. Yalnız bundan sonra 29 dekabr 2015-ci il tarixdə mən Sumqayıt Baş Gömrük Idarəsində Biləcəri stansiyasına mənim ünvanıma gəlmiş vaqonda olan şüşə lövhələri rəsmiləşdirə bildim. Mənə elə gəldi ki, artıq haqq-halal malımı stansiyadan anbarıma daşıyıb sata biləcəyəm. Mən sözü gedən vaqonda olan şüşə lövhələri brokerlərə verməkdən imtina etdim və yenə də brokerlər işə qarışdılar. Sumqayıt Baş Gömrük Idarəsinin əməkdaşları gömrük rəsmiləşdirilməsi həyata keçirilmiş yükümü stansiyada vaqondan boşaldıb anbara daşımağa icazə vermədilər. Bundan sonra 06.01.2016-cı il tarixdə mən təkrar Sizə müraciət edərək artıq gömrük rəsmiləşdirilməsi həyata keçmiş yükün mənə verilməsi üçün tabeçiliyinizdə olan müvafiq qurumlara göstəriş verməyinizi xahiş etdim. Eyni zamanda mən Azərbaycan Respublikasının Baş Prokurorluğuna da müraciət edərək xahiş etdim ki, bu işdə korrupsiya halının olmasını araşdırsınlar və cinayətkarları məsuliyyətə cəlb etsinlər. Həmin müraciətimi də Baş Prokurorluqdan aidiyyəti üzrə araşdırılması üçün Sizə göndərdilər. Mən hər iki müraciətimə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş Idarəsinin rəisi, gömrük xidməti general-leytenantı Mirqasım Vahabovun imzası ilə aşağıdakı iki cümlədən ibarət cavab məktubu almışam: “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində 25.12.2015-ci il tarixli müraciətinizə baxılmışdır. Bildiririk ki, Rusiya Federasiyasından adınıza daxil olmuş şüşə yükü Sumqayıt Baş Gömrük Idarəsində 12.01.2016-cı il tarixdə 01151000206861 nömrəli gömrük bəyannaməsi əsasında mövcud gömrük tələblərinə uyğun olaraq rəsmiləşdirilərək sərbəst dövriyyəyə buraxılmışdır”.


Cənab sədr!

Bütün yuxarıda qeyd etdiklərimə rəğmən məndə bir neçə sual yaranır:

O, hansı mövcud gömrük tələbləridir ki, onların əsasında sahibkarın yükü bir həftə stansiyada dayandıqdan sonra rəsmiləşdirilir və daha on beş gün də keçəndən sonra ona verilir? Böyük məmnuniyyətlə bu qaydaları oxuyub öyrənməyə hazıram.
Görəsən məktub müəllifi nəyə görə ünvanıma gəlmiş yükün 12.01.2016-cı il tarixdə rəsmiləşdirildiyini yazır? Axı bəyannamədən də görünür ki, yük 29.12.2015-ci il tarixdə Sumqayıt Baş Gömrük Idarəsində rəsmiləşdirilib.
Görəsən məktub müəllifi 21.12.2015-ci il tarixdə gəlmiş yükün 29.12.2015-ci il tarixdə rəsmiləşdirilməsindən, 12.01.2016-cı il tarixdə isə həmin yükün sahibinə verilməsinin səbəbləri haqda niyə bircə kəlmə də yazmır? Bəlkə sahibkara külli miqdarda ziyan vurmuş günahkarı və ya günahkarları gizlədir?
Görəsən məktub müəllifi bilmirmi ki, ölkə prezidenti öz çıxışlarında deyir ki, sahibkarı incidən hər kəs cəzalandırılmalıdır?
Məktub müəllifi ədalətli araşdırma aparıbsa, nə üçün məndən telefonla da olsa, zəng edib nədən narazı olduğumu soruşan olmadı? Bəlkə elə belə də olmalıydı?
Nəhayət, mənə dəyən zərəri kim ödəməlidir? (Vaqonun dayanmasına görə 3054 AZN, üç maşın, bir kran, beş nəfər fəhlənin bir gün stansiyada dayanması 600 AZN, mənəvi ziyan və əldən çıxmış mənfəət) Yoxsa bunları məhkəməmi müəyyən etməlidir? Bəlkə ictimaiyyətin öhdəsinə buraxaq?
Səbrsizliklə cavab gözləyirəm”.
866 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı