Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2016

Bütün Türkiyə bu cinayətdən danışır

Türkiyə 23 yaşlı gəncin törətdiyi cinayət hadisəsi ilə çalxalanır.

Türkiyə mətbuatı xəbər verir ki, hadisə fevralın 11-də Zonquldakda baş verib. 

23 yaşlı gənc Ercan Koz atası, 46 yaşlı polis məmuru Recep Kozu ilə mübahisə edib. Buna səbəb atasının ona pul verməməsi olub. O, atasının tapançasını götürərək ona 3 güllə vurub. Recep Koz hadisə yerində dünyasını dəyişib. 


Ercan evdən çıxaraq taksiyə minib. Yolu bağlayan jandarmaları görən oğlan taksinin sürücüsü 40 yaşlı Sedat Demirbaşa atəş açıb. O, yaralı sürücünü avtomobildən ataraq taksiylə hadisə yerindən uzaqlaşmağa davam edib. Daha sonar o, yolda bir avtomobili vurub. Avtomobilin sürücüsü Osman Aktaşla mübahisə etdikdən sonra atəş açaraq onu da yaralayıb. 


Polisin dayan əmrinə tabe olmayan Ercan onlara atəş açıb. Bir qədər qaçdıqdan sonra avtomobili telefon dirəyinə vurub. Ağır yaralanan Ercan Koz silahı başına dayayarq atəş açıb. 


Yaralı vəziyyətdə xəstəxanaya çatdırılan Ercan Kozun həyatını xilas etmək mümkün olmayıb. Cinayətkarın yaraladığı taksi sürücüsü Sedat Demirbaşın vəziyyətinin ağır olduğu bildirilib. Digər yaralı sürücü Osman Aktaş isə dünyasını dəyişib./teleqraf/


Hadisə ilə bağlı istintaq davam edir.



888 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber