Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2016

Rusiya “Pantsir-S1”-lərini İraqa göndərdi

Rusiya iki ölkə arasında imzalanmış müqavilə çərçivəsində İraqa “Pantsir-S1” zenit-raket kompleksləri göndərib.

Bu barədə “İnterfaks” agentliyi hərbi mənbələrinə istinadən məlumat yayıb.

“Bağdad 20-dən artıq “Pantsir-S1” zenit-raket kompleksi ilə təmin edilib”, - mənbə bildirib.

Qeyd edək ki, rəsmi olmayan məlumata görə, 2012-ci ildə Rusiya ilə İraq arasında dəyəri 4,2 milyard dollarlıq müqavilə imzalanıb. Müqavilə çərçivəsində Rusiya Bağdadı 30 ədəd Mi-28 hərbi vertolyotu, o cümlədən 24 “Pantsir-S1” kompleksləri ilə təmin edib.
770 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:11