Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2013

Azərbaycandakı repressiyalara görə beynəlxalq kampaniya başladı

Avropa Şurası ölkələrində hüquq müdafiəçiləri Xarici Işlər Nazirliyi və deputatlarına müraciət etdi

Sülh və Demokratiya Institutu Azərbaycandakı repressiyaların dayandırılması məqsədilə Avropa Şurasının hakimiyyətə təzyiq göstərməsinə nail olmaq üçün beynəlxalq kampaniyaya başlayıb.
Bu barədə “Azadlıq”a məlumat verən Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus bildirib ki, Anar Məmmədlinin həbsindən sonra belə bir kampaniyaya başlamaq qərarına gəlib: “Çünki bu həbs göstərdi ki, Azərbaycandakı avtoritar rejim nəinki repressiyaları dayandırmır, əksinə, bu istiqamətdə səylərini gücləndirir. Biz bir-birinin ardınca vicdan məhbuslarına qarşı məhkəmələrin amansız hökmlərilə yanaşı, hökuməti tənqid edən vətəndaş cəmiyyəti fəalları üzərində yeni-yeni həbslərin şahidi oluruq”.
Kampaniya çərçivəsində Sülh və Demokratiya Institutu Avropa Şurasına üzv dövlətlərdəki hüquq-müdafiə təşkilatlarına müraciət edib: “Istər keçmiş sovet, istərsə də Avropa ölkələrindəki hüquq-müdafiə təşkilatlarıyla geniş əlaqələrimiz var. Biz bu təşkilatların hər birinə göndərdiyimiz məktubda Azərbaycanda hökm sürən avtoritar rejimin əməllərindən, repressiyalardan bəhs etmişik. Həmin təşkilatların da hər biri öz ölkələrinin Xarici Işlər Nazirliyinə, həmçinin ölkələrini Avropa Şurası Parlament Assambleyasında təmsil edən deputatlara müraciət edirlər. Onlar bildirirlər ki, Azərbaycan kimi repressiv ölkənin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyinə imkan vermək olmaz. Avropa Şurası qarşısında götürülmüş öhdəliklərin heç birini yerinə yetirməyən bir ölkənin gələn ildən Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsi biabırçılıqdır. Azərbaycanın Avropa Şurasına üzvlüyündən on ildən çox vaxt keçir, amma hələ də bu ölkədə siyasi motivli həbslər davam edir, həbsxanalar vicdan məhbuslarıyla doludur, həbs olunanlara işgəncə verilir, ölkədə müstəqil məhkəmə sistemi yoxdur”.
Leyla Yunus deyir ki, artıq bir sıra ölkələrdəki həmkarlarından müraciətlərinə cavab gəlib: “Norveçdən, Serbiyadan olan həmkarlarım cavab məktublarında yazırlar ki, onlar artıq öz ölkələrində Xarici Işlər Nazirliyində görüş təyin ediblər. Həmçinin öz deputatlarına da məktublar göndəriblər.
Bu, uzunmüddətli işdir. Amma biz səbrlə onu davam etdirəcəyik. Ümid edirəm ki, bu məsələ səs-küyə səbəb olacaq. Həmkarlarım da bu məsələdə bizə dəstəklərini ifadə ediblər.
Bu, adətən keçirilən imza kampaniyalarından həm də onunla fərqlənir ki, burada konkret hansısa bəyanata adamlar imza atıb, onunla həmrəy olduqlarını ifadə etməyəcəklər. Bu kampaniyada hər ölkədən hüquq-müdafiə təşkilatlarının özlərinin təşəbbüsü, öz fikirləri olacaq. Kimlərsə məktub göndərəcək, kimlərsə görüş təyin edib birbaşa ünsiyyətlə məsələni müzakirə edəcək. Kimsə öz deputatlarına və ya Xarici Işlər Nazirliyinə, kimsə də Avropa Şurasına məktub ünvanlayacaq. Amma ümumi məsələnin məğzi bundan ibarət olacaq ki, hər bir ölkədə deputatlar, Xarici Işlər Nazirliyi səviyyəsində Azərbaycandakı repressiyalardan xəbər tutacaqlar. Son nəticədə bu məsələ Avropa Şurasının strukturlarına gedib çıxacaq".
1616 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı