Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2016

"Azenco" şirkətinin sürücüsü niyə intihar edib?

2015-ci ilin iyulunda “Azenco” Açıq Səhmdar Cəmiyyətində sürücü işləyən Məhəmməd Əliyev ixtisara düşüb. O, son əmək haqqını almaq üçün Audit İdarəsinə gedib, amma oradan ölüm xəbəri gəlib. Həmin vaxt “Azenco” şirkətində Yol Hərəkətinin Təhlükəsizliyi bölməsinin rəisi işləyən Babamir Qarayev deyir ki, sürücüyə maaşı verilməyib. Onun sözlərinə görə, Audit İdarəsinin rəisi Faiq Ağayev sürücüyə deyib ki, 2014-cü ildən onun adına 3 ton yanacaq qalıb, buna görə maaşı verilməyəcək. Sürücü 2015-ci ilin sonu olduğunu xatırladıb və soruşub ki, necə ola bilər 2014-cü ildən onun adına 3 ton yanacaq qalsın. Baş verənlərə etiraz edən sürücü idarənin ikinci mərtəbəsində özünü yandırıb.

Qarayev iddia edir ki, intihar hadisəsi bilinməsin deyə sürücü 3 gün idarədə saxlanılıb. Kənardan həkim gətiriblər ki, heç kim duyuq düşməsin. Sürücü huşunu itirəndən sonra onu 5 nömrəli xəstəxananın yanıq şöbəsinə yerləşdiriblər, ancaq o xəstəxanada vəfat edib.

Qarayev iddia edir ki, sürücü özünü yandırandan sonra onun hesabına 3000 manat köçürülüb. Və sual edir ki, əgər sürücünün 3 ton yanacaq borcu var idisə, niyə hesabına pul köçürülürdü?

Avqustun sonlarında Babamir Qarayevə tanımadığı şəxslər hücum edib, sürücü ilə bağlı şikayətlərini dayandırmasını istəyib. Onun təzyiqi qalxıb və xəstəxanalıq olub. Müalicəsindən bir müddət sonra 28 dekabrda Qarayev işdən azad edilib.

“Azenco” şirkətinin hüquqşünası Şaiq Rəhmanov Babamir Qarayevin ixtisara düşən işçilərdən biri olduğunu deyir. Onun işdən azad olunmasının intihar edən sürücü ilə bağlı olmadığını bildirir. O, ümumiyyətlə, sürücü Məhəmməd Əliyev haqqında məlumatlı olmadığını deyir. Hüquqşünasın sözlərinə görə, şirkətin bir neçə işçisi Qarayevin onlara böhtan atması iddiası ilə məhkəməyə şikayət edəcək.

Şirkətin Nəqliyyat İdarəsinin rəis müavini Etibar Həsənov deyir ki, Babamir Qarayev sürücünün intihar etməsi ilə bağlı ona heç nə deməyib. Amma rəis intihar hadisəsindən sonra sürücünün ailəsi barədə araşdırma aparıb. Onun əslən Kəlbəcər rayonundan olduğunu, ailəsinin Mingəçevirdə yaşadığını öyrənib. Rəis deyir ki, Məhəmməd Əliyev yaxşı işçi olub.

Sumqayıt Prokurorunun köməkçisi Feyzulla Qasımov isə deyir ki, sürücünün ölüm hadisəsi ilə bağlı cinayət işi qapadılıb. Amma intiharın səbəbini də prokurorluq aça bilməyib. “Onun qohumu, bacısı, qardaşı gəlib deyir ki, bizim şikayətimiz yoxdur, qəbul olunan qərar qanunidir. İş materialı ilə tanış olublar, oxuyublar, vəkilləri də tanış olub, deyib qanunidir. Bizim bir şikayətimiz yoxdur”.

2002-ci ildən “Azenco” şirkətində çalışan Babamir Qarayev isə işdən qanunsuz azad edilməsi və son əmək haqqının ödənilməməsi ilə bağlı Xətai rayon Məhkəməsinə müraciət edib. O, məhkəmədə haqqının bərpa olunacağına ümid edir./azadlıq/
762 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi