Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2016

Sidik analizi xərçəngin bu növünü aşkar etməyə kömək edəcək

Kişilər arasında ən yayılmış xərçəng formasından biri prostat vəzi xərçəngi sayılır.
Hal hazırda bu xərçəng növünü aşkar etmək üçün qanda prostat-spesifik antigenin (PSA) səviyyəsini təyin etmək və biopsiya keçirmək tələb olunur.
MedicalDaily xəbər verir ki, Liverpul Universiteti (İngiltərə) alimləri prostat vəzi xərçəngini aşkar etmək üçün yeni diaqnostik test hazırlayıblar. Bu testin tətbiqi pasiyenti invaziv proseduralardan azad edəcək. Sidik analizi əsasında olan test prostat xərçəngini ilkin mərhələlərdə təyin etməyə kömək edəcək.
Alimlər vurğulayırlar ki, xərçəng xəstəliyinin məhz ilkin mərhələlərdə aşkar olunması çox vacibdir. Hal hazırda ilkin mərhələlərdə aşkar olunmuş xərçəngin əksər növləri çox uğurla müalicə olunur və xəstə tam sağalır.
Alimlər bu testin aparılması üçün kiçik ölçüdə olan xüsusi cihaz hazırlamaq planlaşdırır. Alimlərin sözlərinə görə, bu cihazı laboratoriyadan kənar da istifadə etmək mümkün olacaq./Saglamolun/
827 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09: