Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2013

Hindistanla ABŞ arasında diplomatik böhran böyüyür

Hindli bir diplomatın Nyu Yorkda qandallanıb həbs olunmasından sonra Hindistanla Amerika Birləşmiş Ştatları (ABŞ) arasında başlayan diplomatik böhran böyüyür, - CHA.

Ötın həftə Nyu Yorkda uşağını məktəbə qoyduqdan sonra küçənin ortasında əlləri qandallanaraq nəzarət altına alınan Hindistanın Nyu York Konsulunun müavini Deyani Xobraqadenin hadisəsi rəsmi Yeni Dehlinin sərt etirazına səbəb olub. Amerikan rəsmilərinə görə, Xobraqade Hindistandan gətirdiyi dayə üçün saxta sənəd hazırlayaraq Amerikan səfrliyinə təqdim edib və dayəyə söz verdiyi maaşı ödəmədiyi üçün həbs edilib. Hindistan rəsmiləri diplomatların toxunulmamazlıqlarının olduğunu bildirərkən, ABŞ Xobraqadenin tam toxunulmazlığa malik olmadığını iddia edib.

39 yaşlı Xobraqade 250 min dollar müqabilində sərbəst buraxılarkən mühakiməsi davam gələcək. Təqsirli bilənəcəyi halda hind diplomat Xobraqade ABŞ qanunlarına görə 10 ildən 5 ilə qədər həbsə məhkum edilə bilər./deyerler/
1457 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber