Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2016

İşgəncə ilə dürülən dustağın FOTOLARI – Ürəyi zəif olanlar baxmasın!

Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəndə məhkumun döyülərək öldürülməsi barədə həbər vermişdik. Həmin şəxs Hövsan qəsəbəsində yaşayan 26 yaşlı Nurani İbrahimovdur. Mərhumun qardaşı Ramin İbrahimov Criminal-a açıqlamasında bildirdi ki, qardaşını həbsxanananın əməkdaşları döyərək öldürüb.
Onun sözlərinə görə, qardaşı döyülərək öldürülsə də, onun mədəsindən dünyasını dəyişdiyi bildirilir: “Qardaşımı döyərək öldürüblər. Bədənində döyülmə işləri var. Biləyində qandalın yeri göyərib, əlləri şişib”. R.İbrahimov əlavə etdi ki, qardaşı adam bıçaqladığına görə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. Artıq 4 il 3 ay idi 2 saylı cəzaçəkmə müəssisəsimdə cəza çəkirdi. Lakin 2 saylı cəzaçəkmə müəssisəsinin rəisi Eyvaz Əsgərov (Nəqliyyat nazirinin müavini Arif Əsgərovun qardaşı) dəyişiləndən sonra 3 gün əvvəl qardaşı da daxil olmaqla bir neçə dustaq 6 saylı cəzaçəkmə müəssisəsinə aparılıb və hadisə baş verdi.
Xatırladaq ki, 2 saylı cəzaçəkmə müəssisəsinin yeni rəisi Elçin Əlicanovdur.
Məsələ ilə bağlı Penitensiar Xidmət  hələ də açıqlama vermir.
Öldürülən N.İbrahimovun fotolarını əldə etmişik. Həmin fotoları təqdim edirik.

728 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu