Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2016

Üç ailənin ŞƏHİD olan tək oğulları — Onlar niyə ön cəbhəyə göndərilirlər?

Azərbaycan Ordusunun son üç ay ərzindəki itkiləri arasında 3 şəhid hərbçi ailəsinin yeganə oğlan övladı olanlardır. Və bu ölümlər 3 nəslin varlığına son qoydu.
Ötən il dekabrın 16-da cəbhənin Tərtər istiqamətindəki döyüşlərdə düşmənin susdurulması zamanı şəhid olan əsgər Rəşad Əlyar oğlu Cəfərzadə başsız ailənin tək oğlan övladıydı. Və onun ölümü bir nəslin varlığına son qoydu.
Şəhid Rəşad Cəfərzadə hər iki valideynini hələ körpə ikən itirmiş, onu bacısını xalası və dayısı çox böyük çətinliklə boya-başa çatdırmışdılar. Məcburi köçkünlük və yetimçiliklə böyüyən Rəşad 21 yaşında erməni xainlərinin gülləsinə tuş gələrək şəhid oldu. Çox acı və acı olduğu qədər də ürək dağlayan bir faciə baş verdi.
Bu il fevralın 10-da düşmən təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun zabiti Rahib Nəriman oğlu Quliyev Tovuz rayonunun Bozalqanlı kəndindən idi. Qohumlarının sözlərinə görə, ailə qurmaq üçün hazırlıq işlərinə başlayan şəhid zabit 9-cu sinfi bitirdikdən sonra əvvəlcə Cəmşid Naxçıvanski adına hərbi liseyə, daha sonra Ali Hərbi Məktəbə daxil olub. Təhsilini başa vurduqdan sonra isə xidmət üçün ön cəbhəyə gedib.
Şəhid hərbçi doğulduğu Tovuz rayonunun Bozalqanlı kəndində torpağa tapşırılıb. O, ailənin tək oğlan övladı idi. Üç il əvvəl atası xəstəlikdən dünyasını dəyişib.
Dünən, fevralın 12-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan kiçik çavuş Elmir Sərxan oğlu Zeynalov bu gün doğulduğu Goranboy rayonu Əhmədabad kənd qəbiristanlığında dəfn edilib.
Şəhid hərbçi ailənin yeganə oğul övladı idi. Onun əmisi 1992-ci ildə şəhid olub.
Qeyd edək ki, hərbi ekspertlər ötən illərdə dəfələrlə ailənin tək oğlanlarının ön cəbhəyə göndərilməməsi təklifilə çıxış ediblər. Millət vəkili Zahid Oruc da bir neçə dəfə Milli Məclisdə anoloji təklif səsləndirib. Amma məsələnin qanunləşdirilməsi istiqamətində müvafiq addımlar atılmayıb…
Hələ 2014-cü il sentyabrın 27-də Hacıqabuldan olan əsgər Əbülfəz Baxışlı şəhid olanda (atası Allahverdi Baxışlı da şəhid olub) ailəsində tək oğlan olan çağırışçıların ön cəbhədə xidmət etməsinin əleyhinə çıxışlar aktuallışmışdı. Hələ o zaman deputat Z.Oruc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini tək oğlanların cəbhəyanı ərazilərdən 30-40 kilometr uzaqlıqda xidmətə göndərməyə çağırmışdı. Amma çağırışa qarşılıq verilmədi…
Müdafiə Nazirliyinin məsələ ilə bağlı mövqeyi isə belədir: “Sözügedən məsələ Mili Məclisin müzakirəsi və qərarı ilə həll oluna bilər”.

23 yaşlı şəhid leytenant Allahverdi Baxışlının babası… Onun nəvəsi kimi, oğlu da şəhid olub…/modern/
716 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
<