Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2016

Lavrov: “Əsədi günahlandırmayaq”

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Münhen Təhlükəsizlik Konfransında Suriya lideri Bəşər Əsədi müdafiə edib.

Humanitar problemlərin yaranmasında Əsədin günahkar olmadığını deyən Lavrov müxaliflərin Suriyada xaos yaratdığını bildirib:

“BMT və humanitar yardım agentlikləri bölgədə bütün tərəflərin beynəlxalq humanitar hüququ pozduğunu deyir. Mühasirə altında olan şəhərlərə gəlincə, yalnız Bəşər Əsəd mühasirəyə almır. Yaşayış məntəqələrinin əksəriyyəti müxalif qrupların nəzarətindədir. Fikrimcə, Əsədi, yaxud terrorçular istisna olmaqla digərlərini günahlandırmağa ehtiyac yoxdur. Humanitar məsələlər yalnız əməkdaşlıq yolu ilə həll edilə bilər”.
582 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP