Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2016

Rusiyada türklərə aid fabriklər bağlanır

Rusiyanın Omutninsk bölgəsində türk iş adamı tərəfində qurulmuş və 2009-cu ildən bu yana işləyən taxta-şalban fabriki fəaliyyətini dayandırıb.

"SAWMILL" adlı fabrikin fəaliyyətinin dayandırılmasının səbəbi sahibinin deportasiya edilməsidir.

Təyyarənin vurulmasından sonra Rusiyanın Türkiyəyə qarşı qəbul etdiyi qərarlar türk iş adamlarının fəaliyyətinə təsir etməkdə davam edir.

Qeyd edək ki, ötən ilin noyabrında iki Türkiyə vətəndaşı Rusiyada qeyri-qanuni yaşadıqları səbəbilə deportasiya edilmişdi. Bu iki nəfərdən biri taxta-şalban zavodunun sahibi olub. Tələbat çox olduğu üçün bir müddət işlərini davam etdirən fabrik sonunda bağlanmaq məcburiyyətində qalıb.
746 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber