Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2013

Jirinovski miqrantlara vergi tətbiq edilməsini təklif etdi

"Rusiya Liberal-Demokratlar Partiyası"nın lideri Vladimir Jirinovski ölkədə işləyən qeyri-qanuni miqrantların öz vətənlərinə pul köçürmələrinə vergi tətbiq edilməsini təklif edib. Bu barədə Rusiyanın "NTV" telekanalı xəbər verir.

Miqrantlara qarşı sərt mövqeyi ilə tanınan siyasətçi bildirib ki, övlad dünyaya gətirmək üçün Rusiyaya gələnlərdən də vergi tutulmalıdır, çünki onlar sosial struktura heç nə ödəmədən doğuş zamanı ödənişsiz yardım alırlar.

Jirinovski həmçinin miqrantların işçi qüvvəsinə ehtiyac olduğu regionlara göndərilməsini təklif edib. "Miqrantlar zəngin və isti yerlərə doğru, Moskva və Sankt-Peterburq və onların ətraf əraziləri, eləcə də Krasnodar diyarı istiqamətində hərəkət edirlər. Bu mənada, eynilə həmin şəhərlərə can atan öz vətəndaşlarımızla miqrantların maraqlarının toqquşması baş verir".

Daha əvvəl Vladimir Jirinovski miqrantların əməyindən imtina edilməsinə dair 3-illik proqramın hazırlanmasının tərəfdarı kimi çıxış etmişdi./ans/
1636 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:21