Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2016

Fəhlələri daşıyan maşın qəzaya düşdü

Hadisə zamanı 3 nəfər fəhlə xəsarət alıb
Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından ans-ə verilən məlumata görə, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.

Şəhər sakini 1992-ci il təvəllüdlü Əziz Həsənovun idarə etdiyi "QAZel" markalı avtomobil sürücüsü müəyyən edilməyən avtomobillə toqquşub. Hadisə zamanı 24 yaşlı sürücü Əziz Həsənov və avtomobildə olan sərnişinlər 49 yaşlı Surxay Bayramov və 31 yaşlı Vüsal Pirani müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan hər üç yaralının vəziyyətinin orta ağır olduğunu, müalicələrinin davam etdirildiyini bildirdilər.

Xəstaxandan aldığımız məlumata görə, qəzaya uğrayan avtomobil Gəncə Şəhər İcra Hakimiyyətinə məxsus olub və fəhlələrin də icra hakimiyyətinin işçiləri olduğu bildirilir.
919 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı