Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2016

Tramp Rusiyanı müdafiə etdi: “Suriya xalqı kimdir?

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ABŞ-ın Florida ştatının sabiq qubernatoru Ceb Buş ilə teledebata çıxıb.

"CBS" xəbər verir ki, prezidentliyə namizədlər arasında Rusiya ilə gələcək münasibətlər mövzusunda yaranan fikir ayrılığı gərginliyə səbəb olub.

Buş Rusiya ilə əməkdaşlığa qarşı çıxaraq Moskvanın Yaxın Şərq siyasətini tənqid edib.

Tramp isə əksinə, Rusiya ilə əməkdaşlıq etməyin ABŞ-ın əsas prioritetlərindən birinə çevrilməli olduğunu vurğulayıb:

“Rusiyanın Suriyadakı dinc əhalini, müxalifət mövqelərini bonbaladığını deyirsiniz. Bəs bilirsinizmi ki, uğrunda milyonlar xərcləyərək qorumağa çalışdığınız Suriya xalqı kimdir? Heç onları tanıyırıq?”

Xatırladaq ki, Donald Tramp 2015-ci ilin 20 dekabrında çıxışı zamanı prezident seçiləcəyi təqdirdə Rusiya Prezidenti Vladimir Putinlə münasibətləri yoluna qoyacağını açıqlamışdı./axar/
682 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber