Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2013

Ərdoğanın telefon danışıqları dinlənilib

Türkiyədə rüşvət qalmaqalının araşdırılması zamanı Baş nazir Rəcəb Tayyib Ərdoğanın telefon danışıqları dinlənilib.

Bu barədə Türkiyənin "Milliyət" qəzeti məlumat verib.

Məlumata əsasən, İstanbul polisi ölkədə ciddi korrupsiya hallarının olduğu barədə bir il bundan əvvəl məlumat alıb və bu bir il ərzində bir sıra dövlət rəsmilərinin, o cümlədən Baş nazir Rəcəb Tayyib Ərdoğanın telefon danışıqları dinlənilib.

Türkiyə rəsmiləri bu barədə hələlik heç bir açıqlama verməyiblər.
Xatırladaq ki, dünən İstanbul və Ankarada keçirilən xüsusi əməliyyat nəticəsində aralarında bəzi nazirlərin övladları da olmaqla, 52 nəfər həbs edilib.

Saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin övladları - iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraktarın oğlu Oğuz Bayraktar, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Türkiyənin "Xalq Bank"ının baş direktoru Süleyman Aslan və həyat yoldaşı , tanınmış iş adamı Əli Ağaoğlu da var.

Məlumata əsasən, iş adamlarının həbsinə səbəb korrupsiya, qaçaqmalçılıq, narkotik maddələrin satışı və rüşvətlə bağlı ittihamlar olub.
Bu gün isə Türkiyədə rüşvət qalmaqalını araşdıran yüksəkvəzifəli polis məmurları işdən azad edilib.
1598 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber