Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2016

Eldar Mahmudovun daha bir şantaj yuvası aşkarlandı: «NEAPOL»

Şadlıq Sarayı adı altında fəaliyyət göstərən pritondakı gizli kameralar Akif Çovdarovun xeyli karına gəlib

MTN hadisələrindən bir xeyli vaxt keçsə də, istər onun sabiq rəhbəri Eldar Mahmudov, istərsə də onun generallarının əməlləri ilə bağlı ilginc məlumatlar hələ də yayılmaqdadır. Xüsusən də, Mahmudovun «sağ əli» sayılan Akif Çovdarovun şantajlarında yaxından iştirak etmiş müxtəlif təyinatlı obyektlərin adları açıqlanmaqdadır.

Akif Çovdarov bir sıra iş adamları, habelə bəzi məmurları şantaj edərək, onlardan pul qoparırmış. Hadisələrin gedişatı fonunda bu açıq şəkildə təsdiqini tapdı. Bu işdə Çovdarovun işlərinə yardımçı olan otellərin də sayı az olmayıb. Zaman içində onların bəzilərinin adları açıqlansa da, bəziləri kölgədə qalmağı bacarmışdı. Lakin…

Sahibkarların, habelə məmurların və onların övladlarının şantaj edilməsində Eldar Mahmudov və komandasına yardımçı olmuş yerlərdən biri də «Neapol» olub. Üzdə şadlıq sarayı kimi, görsənən, arxa planda isə daha çox əxlaqsızlıq yuvası kimi çıxış edən bu obyektin sahibləri hələ xeyli əvvəldən Akif Çovdarovla könüllü şəkildə əməkdaşlıq ediblər. Təbii ki, bunun qarşılığını da alıblar.

Mənbələr iddia edir ki, «Neapol»da mövcud olan otaqlarda gizli şəkildə yerləşdirilmiş kameralar vasitəsi ilə ora gələn məmur övladlarının əyləncələrini lentə alıblar. Məlumatlara görə, heç nədən xəbəri olmayan məmurlar və ya onların övladları sonradan generalın tələsinə düşürmüşlər. Və onların qarşısına qoyulan görüntülərin müqabilində pullarını alırmışlar.

«Neapol»un rəhbərliyi göstərdiyi «xidmət»in müqabilində üç istiqamətdə qazanırmış. Birincisi, gələn müştəridən pul alırmış. İkincisi, ləğv olunmuş MTN-in həmin dövrdəki generalları ilə münasibət quraraq, öz obyektlərini qoruya bilirmişlər. Üçüncüsü isə bu «xidmət»in müqabilində «pay» alırmışlar./jam/
557 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı