Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2016

Türkiyədə gərgin gecə: 2 məktəb yandırıldı

Türkiyənin Şırnak vilayətində təhlükəsizlik qüvvələri ilə PKK arasında atışma baş verib.

Vilayətin İdil rayonunda havanın qaralmasından sonra gərginlik başlayıb.

Rayonun Yeni və Atakənd məhəllələrində xəndəklərdə və barrikadaların arxasında gizlənmiş PKK zirehli texnika ilə reyd keçirən polisləri iriçaplı silahlardan intensiv atəşə tutublar.

Polisin onlara cavab atəşi açması ilə tərəflər arasında atışma baş verib. Bölgədə atışmanın getdikcə şiddətini artırdığı bildirilir.

Vaxtaşırı partlayış səslərinin də eşidildiyi rayon ərazisində atışmaların davam etdiyi bildirilir.

Həmçinin ötən axşam Mardin vilayətinin Nusaybin rayonunda PKK iki məktəbi yandırıb. Yerli mətbuat bildirir ki, PKK rayonun Yenişehir məhəlləsindəki “Yavuz Selim” ibtidai məktəbini və “Merkez” orta məktəbini yandırıblar. Yollarda qurulmuş barrikadalar və qazılmış xəndəklər səbəbindən yanğından mühafizə briqadaları hadisə yerinə gedə bilməyiblər.
523 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...