Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2016

Bu bitki mədəaltı vəzi xərçəngini müalicə edir

Texas Universiteti (ABŞ) alimləri aşkar ediblər ki, tropik və subtropik ölkələrdə bitən "meliya" adlı bitkisinin ekstraktı mədəaltı vəzi xərçənginin inkişafını xeyli ləngidir, xərçəng hüceyrələrini məhv edir.
MedicalNewsToday xəbər verir ki, alimlər bu bitkinin tərkibində nimbolid maddəsini aşkar ediblər ki, bu maddə xərçəngəleyhinə təsirə malikdir.
Alimlər nimbolid maddəsinin təsirini mədəaltı vəzinin xərçəng hüceyrələrində və siçanların üzərində test ediblər. Kimyəvi xərçəngəleyhinə preparatlardan fərqli olaraq nimbolid maddəsi sağlam hüceyrələrə təsir etmir.
Onkoloqların fikirinə görə, meliya bitkisinin bu nadir xüsusiyyəti cərrahi müalicəyə tabe olmayan yayılmış mədəaltı vəzi xərçəngindən əziyyət çəkən insanların müalicəsində istifadə oluna bilər./Saglamolun/
634 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı