Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2016

İran nefti ilə dolu ilk tankeri Avropaya yola saldı

İran İslam Respublikası sanksiyaların ləğvindən sonra neftlə dolu ilk tankeri Avropaya yola salıb. Rusiyanın "Lukoil" şirkətinin yüklərinin daşınmasını həyata keçirən "Litasco" şirkətinə məxsus tanker Fars Körfəzindəki Xark adasında yerləşən terminaldan yola çıxıb.

"Bloomberg" agentliyinin verdiyi məlumata görə, yaxın saatlarda Fransa, İspaniya və Çin şirkətlərinə məxsus tankerlərə də neft yüklənərək Avropaya göndəriləcək. İxrac olunacaq neftin ümumi həcmi 4 milyon bereldir.

Qeyd edək ki, İranın vitse-prezidenti İshaq Cahangiri mart ayına qədər neft ixracının gündə 1, 5 milyon barelə çatıdrılacağını söyləyib.
636 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber