Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2016

Bakıda oğrular işıq dirəklərini hədəf seçib

Bakının mərkəzi küçələrində işıq dirəklərinin alt qapaqlarına qənim kəsilən şəxslər peyda olub.

Naməlum şəxslər Bakının müxtəlif mərkəzi küçələrində quraşdırılan işıq dirəklərinin alt qapaqlarını oğurlayıblar.

Artıq son bir neçə gün ərzində “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinə məxsus işıq dirəklərinin 30-dan çoxunun alt qapaqları oğurlanıb. Oğurluq hadisələri əsasən Nəsimi rayonunda H.Əliyev, H.Ələsgərova, C.Məmmədquluzadə küçələrində, Yasamal rayonunda isə Mətbuat və Tibilisi prospektlərində, A.Şərifzadə və N.Hikmət küçələrində qeydə alınıb. Qapaqların dəmir və metal əşyalar yığan şəxslər tərəfindən oğurlandığı ehtimal olunur.

“Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi oğurluq halları ilə bağlı polisə müraciət edib.
Qeyd edək ki, son zamanlar metal oğruları paytaxt küçələrində kanalizasiya quyularının qapaqlarına, yol kənarındakı yağış-kanalizasiya sistemlərinə aid quyuların barmaqlıqlarına qənim kəsilib./musavat/
538 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber