Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2013

Vasif Talıbov oğluna qadağa-FOTOLAR

Elnur Talıbov virtual məkana qayıtdı

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Elnur Talıbov virtual məkana qayıdıb. Bir müddət əvvəl facebookdakı profilində bahalı maşınlarının şəkillərini paylaşan “Şahzadə” Elnur Talıbov bu dəfə vkontakte sosial şəbəkəsində özünə yeni profil açıb.

Elnur Talıbovun profil bilgilərinə 1993-cü ilin Noyabrn 1-də Naxçıvanda anadan olduğu, subay olduğu, ingilis dilini mükəmməl bildiyi, Collej de Lamanı (İngiltərə) bitirdiyi qeyd olunub. Profilində 3 şəkil paylaşan E.Talıbov statuslarının çoxunu ingilis dilində yazır. Yazdığı statuslardan bəlli olur ki, Elnur Talıbov tez-tez Moskvaya gedir. Hətta sonuncu statusunda Moskvada olduğunu qeyd edən “Şahzadə” Elnur Talıbov onunla əlaqə yaratmaq istəyən dostlarına oradakı telefon nömrəsini də verib.

Diqqət çəkən bir digər məqam isə E.Talıbovun daha bahalı maşınlarla şəkillərini yaymamasıdır. Deyilənə görə, bu qadağanı ona atası qoyub.

Qeyd edək ki, Elnur Talıbov bir müddət öncə facebook səhifəsində “Ford Shelby”, "Audi sport", “Lexus”, “X 5" və "Range Rover" avtomobillərinin fotosunu yaymışdı. Eyni zamanda o Amerikada yaşayan məşhur azərbaycanlı modelyer Səbinə Musayeva ilə birgə şəkillərini də paylaşmışdı. Lakin, ölkə mətbuatının bunu xəbər etməsi Elnur Talıbovun profilinin bağlanması ilə nəticələnmişdi.
1677 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı