Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2016

''Evrascon'' şirkətinin işçiləri 5 aydır əmək haqqı ala bilmir

Şirkət işçiləri aksiya keçirir

Şirkət rəsmisi 3 aya problemi həll edəcəklərini düşünür

Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan şirkətinin işçiləri 5 aydır əmək haqqı ala bilmirlər. Bu barədə onlar Meydan TV-yə yazıblar. Bildirirlər ki, Azərbaycanın Qazaxıstanda fəaliyyət göstərən“Evrascon” şirkəti məvaciblərini ödəmir:

“Şirkətin köhnə adı "Azərkörp"üdür. Maaşımız verilmədiyindən 1 həftədir ki, işi saxlamışıq. Bizə dəqiq bir söz deyən yoxdur. Əməkhaqqımız nə vaxt veriləcək və yaxud niyə verilmir? Bizə hər hansı bir söz deyən yoxdur. Axırıncı dəfə bir ay öncə demişdilər “pul yoxdur, olanda verəcəyik””.

Şikayətçilər bildirirlər ki, Qazaxıstandakı “Evrascon” şirkətində 100-dən çox azərbaycanlı çalışır. Onlar gələcək talelərinin necə olacağını bilmirlər.

“3 aya problem həllini tapacaq”

“Evrascon”-un Əməyin Təşkili Departamentinin əməkdaşı Namiq Kərimli deyir ki, şirkət sentyabrdan bu yana əmək haqqı ödənişində problem yaşayır. Səbəb də yeni layihələrin büdcə təsdiqinin yubanmasıdır:

“Sentyabr ayının yarısının əmək haqqını ödəyə bilmişik. O vaxtdan bu yana ödəniş edə bilmirik. Layihələr təsdiqlənməyib. Nəticədə, sifarişçi pul ödəmir. Bizim əvvəl tikinti sahəsində işlərimiz çox olurdu. Bir layihə gecikəndə digər layihəyə ayrılan vəsaitlə işçilərin əmək haqqın ödəyirdik. İndi vəziyyət dəyişib. Ümumi işin həcmi azaldığından büdcəmizdə əmək haqqların ödəməyə vəsait qalmayıb. Ancaq mən düşünürəm ki, 3 aya bütün bu problemlər həllini tapacaq”.
501 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:23