Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2016

Polis rəisi Facebook-da 3 status yazıb intihar etdi

Türkiyədə polis rəisi toy günü ona bağışlanan tapança ilə xidməti otağında intihar edib.

Hadisə fevralın 14-də Adanda baş verib.

İncirlik Polis Mərkəzinin polis rəisi, 41 yaşlı Akif Durak işə gəldikdən sonra uzun müddət otaqdan çıxmayıb. Narahat olan həmkarları onun otağına giriblər. Akif Durakı yaralı vəziyyətdə tapan polislər təcili yardım çağırıblar. Hadisə yerinə gələn təcili tibbi yardım xidmətinin əməkdaşları Akif Durakın dünyasını dəyişdiyini bildiriblər. Cəsəd analiz olunduqdan sonra yarılması üçün Anadolu Ədliyyə Tibb Qurumunun morquna aparılıb.

Mərhum Mehmet Akif Durakın Feysbukda paylaşdıqları da diqqət çəkib. O, "Yaşayan ölülərə yas saxlanılmaz", "Özün üçün dön dünya, nə sən veciməsən, nə də sənin kimi dönənlər", "Bəli, mən dəyişdim amma hamıya layiq olduğu dəyəri verəcək qədər dəyişdim" cümlələrini paylaşıb. /teleqraf/
578 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:05