Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2016

Cəlilabad Təhsil Şöbəsində biyabırçılıq

Son zamanlar Cəlilabad təhsilindən edilən çoxsaylı şikayətlərdən sonra Təhsil Naziri Mikayıl Cabbarov Cəlilabad Təhsilini yoxlamaq üçün göndərdiyi komissiya heyəti göndərmişdi.

Məlumatlı mənbədən daxil olan informasiyada qeyd edilir ki, komissiya RTŞ müdiri Elminaz Nadirova və inspektor Ərəstun Hüseynovun iştirakı ilə məktəblərdə yoxlamalar aparıb və xeyli sayda neqativ hallar aşkarlayıb. Bundan sonra Təhsil Nazirliyinin nümayəndələrinə bu halların aktlaşdırılmaması üçün müəyyən təkliflər olunsa da onlar bunu qəbul etmədiyiblər. Bu üsulun effektiv olmadığını görən Elminaz Nadirova və Ərəstun Hüseynov tərtib olunan aktlara qol çəkməkdən açıq şəkildə imtina ediblər.

Yoxlama Komissiyasının geri qayıtmasından dərhal sonra yenidən "əvvəlki iş qayasına" qayıdan Cəlilabad Rayon Təhsil Şöbəsində direktorların qəbulu başlanıb. Daxil olan məlumatda deyilir ki, qəbulu həyata keçirən Ələddin Əsədullayev məktəbin kontingentindən asılı olaraq qanunsuz olaraq müəyyən məbləğlər toplamağa başlayıb.
Görünən odur ki, Təhsil Nazirliyinin aparmış olduğu islahatlar bəzi regional idarələrə şamil edilmədikcə təhsil hələ də belə kortəbii idarə olunacaq./7news/
1422 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber