Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2013

Feysbuk” istifadəçilərini üzəcək xəbər

Mark Zukerberq “feysbuk”da yenilik edəcək.

“Axar.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, “feysbuk”da artıq videolu reklam xidməti işə düşəcək.

Bu reklamlar isə istifadəçilərin icazəsi olmadan onların xəbər lentində yayımlanacaq. Reklamlar 18-54 yaş arasında olan istifadəçilərin profillərində görünəcək. Bu reklamlar səssiz halda olacaq, istəyən hər kəs onun səsini özü ucalda biləcək.

Hazırda test mərhələsində olan bu funksiyanın yaxın günlərdə tam olaraq işə düşməsi gözlənilir.

ABŞ mətbuatı yazıb ki, “feysbuk” rəhbərliyi bir çoxlarının mənfi reaksiyasına səbəb olan bu yenilikdən gündə 2 milyon dollar qazanacaq.

Qeyd edək ki, hazırda “feysbuk”da virus şəklində başqalarının adından videolar paylaşılır. Bu virusların yeni funksiya ilə əlaqəsi yoxdur.
1662 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:51