Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2016

Bakının mərkəzində DƏHŞƏT – Abort qalıqları… ŞOK FOTO

Bakının Nəsimi rayonunda Azadlıq prospektilə Həsən Əliyev küçəsinin kəsişməsində 2 uşaq rüşeymi tapılıb. 

Bu barədə hadisənin şahidi olan həkim xəbər verib. Onun sözlərinə görə, embrionlar yolun hərəkət hissəsində zibil qutusunun yanında tapılıb. Şahid bildirib ki, onlar abortdan sonrakı rüşeymlərdir. 10-15 santimetrlik rüşeymlər hamiləliyin təxminən 2-3 aylıq olduğunu göstərir.

O, faktı sübut edən foto və video da göndərib. Mənbənin sözlərinə görə, embrionlar böyük ehtimalla yaxınlıqdakı tibb müəssisələrinin və ya uşaq evlərinin tibbi personalının səhlənkarlığı ucbatından düzgün məhv edilməyib: “Onların qeyri-leqal abortun qurbanı olmaları da istisna olunmur”.

Nəsimi rayon polis idarəsindən bildirilib ki, embrionların aşkarlanmasına dair məlumata malik olmasalar da, fakt üzrə araşdırma aparılacaq. Bundan sonra məlumatın düzgün olub-olmadığı müəyyən olunacaq.

Qeyd edək ki, qaydalara əsasən, “B” sinfinə aid tibbi bioloji tullantılar (abort və düşük nəticələri) xüsusi ərazilərdə dəfn olunmalı və ya xəstəxanalardakı mini-krematorilərdə yandırılma yolu ilə məhv olunmalıdır.

(1news.az)

557 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 13:34