Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2016

Şəxsiyyəti məlum olmayan kişi tapılıb

Salyanın Qızılağac kəndində şəxsiyyəti məlum olmayan naməlum kişi tapılıb.

Kəndin ərazisində kimsəsiz qalan, təxminən 25-30 yaşlarında kişi yolun kənarından götürülərək Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Rayon Polis şöbəsi əməkdaşları kişinin şəxsiyyətini hələ ki, müəyyən edə bilməyiblər. Xəstəxanadan verilən məlumata görə, sözügedən şəxs deyilənləri başa düşsə də, onu danışdırmaq mümkün olmayıb. Kişinin gözlərindən yaş axdığı bildirilir.
Onun üzərinə baxış zamanı çoxlu sayda İran pulu aşkar olunub. Kişinin daha çox İran vətəndaşı olduğu ehtimal edilir./report/
464 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.1