Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2016

Rövnəq Abdullayevin istirahət mərkəzinə çəkdirdiyi qaz xətti Leriki yolsuz qoydu

Lənkəran-Lerik yolunda son illər müşahidə olunan sürüşmə bu günlərdə yenə intensivləşib. Hazırda ən gərgin vəziyyət yolun 27-ci km-də müşahidə olunur. Yolun bu hissəsində asfalt qatının sürüşməsi baş verməkdədir. Sürüşmə Lənkəran – Lerik yolunun 17-29, 46-53-cü kilometrliklərində müşahidə edilir. Lerik rayonu üçün mühüm əhəmiyyətə malik yolda sürüşmənin aktivləşməsi nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün çətinliklər yaradır. 25 saylı Lerik Yol İstismar İdarəsinin baş mühəndisi Ziyafət İsmayilovun CTV-yə açıqlamasında bildirib ki, sürüşmənin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülür, su kanalları təmizlənir, su axarları yol yatağından kənarlaşdırılır. Lakin, yolda genişlənmə işləri görülməlidir, bərkitmə işləri və istinad divarları tikilməlidir.
lerikTəəssüf ki, Lənkəranda yerləşən CTV kanalının göstərdiyi süjetdə yolda baş verən sürüşmənin əsl səbəbləri səsləndirilmədi. Ancaq kanalın göstərdiyi kadrlardan aydın görünür ki, yolda baş verən sürüşməyə səbəb 8 il öncə Lənkərandan “Relax” istirahət mərkəzinə çəkilən çəkilən qaz xəttidir.
Belə ki, Lerikin Piran zonasına çəkilmək adıyla əslində SOCAR prezidenti Rövnəq Abdullayev və Lerikdən millət vəkili seçilən İqbal Məmmədova məxsus “Relax”ı təbii qazla təhciz edən qaz kəmərinin səhvən, şossenin üst hissəsi ilə çəkməkdənsə, kadrlardan göründüyü kimi, sürüşməyə birbaşa səbəb olan, yolun alt hissəsi qazılaraq, çəkilmişdir. Bu da, üzun illər əvvəl min bir əziyyətlə əl ilə çəkilən möhkəm yolun hər yerdən sürüşüb dağılmasına səbəb olmuşdur.
Ən maraqlısı isə odur ki, sözgedən qaz xətti Lerikin Piran zonasındakı kəndlərin qazlaşdırılması üçün nəzərdə tutulsa da, ancaq indiyə kimi cəmi iki kənd təbii qazla təhciz olunub: Piran və Hamarmeşə. Lerik rayon İcra Hakimiyyətinə rəhbərlik edən şəxslərin səhlənkarlığı və məsuliyyətsizliyi səbəbindən, indiyə kimi Lənkəran – Lerik yolunun yaxınlığında yerləşən onlarla kəndə mavi yanacaq verilməyib.
Qara rəngli qaz borusu şossenin 37-ci km-də yerləşən Peştətük kəndində insanlara göz dağı vermək üçün yerdən 1-2 metr hündürdən də çəkilib. Ancaq kənd sakinləri mavi yanacaq üzünə həsrət qalıblar. Evlərini nadir ağaclarla zəngin Talış meşələrini qırıb, gətirdikləri odunla qızdırırlar.
Ən dəhşətlisi isə odur ki, Lerik İcra Hakimiyyəti neçə ildir ki, yolda baş verən sürüşmənin qarşısını almaq üçün əsaslı iş görmək istəmir. Çünki yoldakı sürüşmə hər il icra hakimiyyətini və yol istismar sahəsini əməlli-başlı “dolandırır”. Hər il yüz min manatlarla vəsait yolda təmir işləri adı altında mənimsənilir…/aztoday/

lerik -lenkeran
586 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:11