Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2016

Misir Ərəbistanı yox, Rusiyanı dəstəklədi

Suriya məsələsində ərəb dünyasının da fikri haçalanıb. Bu vaxta qədər İraq, Livanın və Suriya Rusiya tərəfində yer almışdısa, artıq Misir də tədricən rəsmi Moskvaya yaxınlaşır.
Misirin çevrilişlə hakimiyyətə gələn prezidenti Əbdülfəttah əs-Sisi ölkəsinin Suriyaya hərbi müdaxiləyə qarşı olduğunu ifadə edib.
Misir rəsmi xəbər agentliyi MENA-nın bildirdiyinə görə, Sisi Fransada yayımlanan həftəlik “Jeune Afrique” jurnalına verdiyi müsahibəsində Misirin Suriya böhranının sülh yolu ilə həlli və ölkənin ərazi bütövlüyünün qorunmasında sabit mövqe sərgilədiyini və hərbi müdaxiləyə qarşı olduğunu təkrarlayıb.
Qeyd edək ki, bu mövqe Rusiyanın da Suriya siyasətinə tamamilə uyğundur. Bir müddət əvvəl bəzi müsəlman ölkələri Səudiyyə Ərəbistanının rəhbərliyi altında 150 min əsgərlə Suriyada quru əməliyyatlarına başlayacağını bildirmiş və məlumatı şərh edən Rusiyanın baş naziri Medvedyev bu addımın problemi həll etməyəcəyi, əksinə, daha qarma-qarışıq hala gətirəcəyi və çözüm prosesini uzadacağını açıqlamışdı.
İndi Misirin, təxminən, eyni mövqedən çıxış etməsi rəsmi Qahirənin də bərk ayaqda Rusiyayla bir yerdə olacağını göstərir.
590 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 18:39