Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2016

"Atəşkəs heç də bütün tərəflərin silahlardan istifadəni dayandırması demək deyil"

Suriya Prezidenti Bəşər Əsəd deyir ki, ölkədə beynəlxalq qüvvələrin dəstəklədiyi atəşkəsi yerinə yetirmək “çətin” olacaq.

Atəşkəs üzrə razılaşma ötən həftə Münhendə əldə olunub, bir həftəyə Suriyada döyüşlərin dayandırılmasına çağırır.

Ancaq Bəşər Əsəd fevralın 15-də Dəməşqdə televiziya çıxışında bu planın üzərinə “soyuq su çiləyib”.

“Bir həftəyə atəşkəsdən danışırlar. Bir həftəyə kim bütün şərtləri, tələbləri toplaya bilər? Heç kim. Praktik olaraq, atəşkəsdən danışmaq çətin məsələdir,” Bəşər Əsəd deyib.

Bəşər Əsəd onu da sözlərinə əlavə edib ki, atəşkəs heç də bütün tərəflərin silahlardan istifadəni dayandırması demək deyil.
531 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...