Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2016

Bu gün Çempionlar Liqasına start veriləcək

Bu gün Avrokuboklarda iki aylıq fasilə başa çatır. İki qarşılaşma ilə Çempionlar Liqasında (ÇL) həlledici mərhələyə start veriləcək.

Parisdə keçiriləcək günün mərkəzi görüşündə PSJ “Çelsi”ni qəbul edəcək. Fransa birinciliyində çempionluğu böyük ölçüdə təmin edən Paris təmsilçisindən fərqli olaraq, londonlular bütün diqqətlərini məhz ÇL-ə yönəldiblər. Çünki Premyer Liqada uğursuz mövsüm keçirən “Çelsi”nin ilk “dördlüy”ə düşməsi real görünmür. Günün digər matçında “Zenit” “Benfika”nın qonağı olacaq. Portuqaliyadan fərqli, Rusiyada ikinci dövrə start götürmədiyindən, bu, Sankt-Peterburq klubunun 2016-cı ildəki ilk rəsmi görüşü olacaq.

Bu gün UEFA Avropa Liqasında fasilə başa çatacaq. Turnirin 1/16 final mərhələsinə İstanbulda start veriləcək. “Fənərbaxça” Rusiya təmsilçisi “Lokomotiv”lə qarşılaşacaq. Oyuna prinsipiallıq qatan əsas məqamlardan biri iki ölkə arasındakı siyasi gərginlikdi.

Çempionlar Liqası
1/8 final, ilk oyunlar
16 fevral

23:45. PSJ (Fransa) – “Çelsi” (İngiltərə)
Baş hakim: Karlos Velasko Karbalyo

23:45. “Benfika” (Portuqaliya) – “Zenit” (Rusiya)
Baş hakim: Canluka Rokki


Avropa Liqası
1/16 final, ilk oyun

16 fevral
21:00. “Fənərbaxça” (Türkiyə) – “Lokomotiv” (Rusiya)
Baş hakim: Martin Stromberqsson
662 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 00:21