Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2013

İmam Hüseyn (ə) qiyamından yeni film - Foto

İmam Hüseyn (ə) qiyamından bəhs edən növbəti film - Fotolent
İran tərəfindən çəkilən bu film Kərbəlda İmam Hüseynin (ə) Aşura günündə şəhid olunmasını səhnələşdirib

Dünyada, o cümlədən müsəlman aləmində böyük marağa səbəb olan "Muxtarnamə" serialından sonra İmam Hüseyn (ə) qiyamından bəhs edən "Qiyamət Günü" adlı film izləyicilərin ixtiyarına veriləcək.

İnterAz xəbər verir ki, İran tərəfindən çəkilən bu film Kərbəlda İmam Hüseynin (ə) Aşura günündə şəhid olunmasını səhnələşdirib. Bu filmin digər filmlərdən fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, həzrəti Əbəlfəzi (ə) və həzrəti Əli Əkbərin (ə) siması göstərilib. Filmin rejisoru Davud Mirbağırin ("Muxtarnamə" serialının rejissoru olmuş) buna cəhd etsədə. Alimlər icazə vermədilər. Lakin bu filmdə rejissoru böyük islam alimlərdən müsbət rəy almaraq simaları göstərib.

Belə ki, "Muxtarnamə" serialından tanınan aktyor Məniveş Müzəffəri) "Qiyamət günü" filmində, Kərbəla qatillərindən ən qəddar və murdarı olan Şümr rolunda oynayır.

Xatırladaq ki, Muxtarnamə serialında İmam Hüseynin (ə) qatillərini qətlə yetirən Muxtarın həyatından bəhs edilir. İmam Hüseynin (ə) qatillərindən qisas almağa çalışan Muxtar Səqəfinin həyat hekayəsini və Əməvilərə qarşı qiyamını özündə əks etdirir. 40 bölümdən ibarət olan bu serialın hər seriası 50-55 dəqiqədir. Serialın beynəlxalq aləmdəki adı "Mokhtar nameh"dır.



6800 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber