Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2016

"Suriyanın gələcəyi haqqında Suriya xalqı qərar verməlidir"

Ayətullah Xamenei: Suriyanın gələcəyi haqqında amerikalılar və avropalılar yox, Suriya xalqı qərar verməlidir

Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei ötən gün Qana Respublikasının prezidenti Jon Dramani Mahamanı (John Dramani Mahama) qəbul edib.

Görüşdə Ayətullah Xamenei bildirib ki, Biz Suriyada böhranın Suriya xalqının xeyrinə tamamlanması üçün daim çalışmışıq və əqidəmiz budur ki, heç bir xarici dövlət bu xalqa nüsxə yaza bilməz. Suriyanın gələcəyi haqqında amerikalılar və avropalılar yox, Suriya xalqı qərar verməlidir.

Görüşdə Ayətullah Xamenei əlavə edib ki, İmperialist qüvvələr İran və Afrika ölkələri arasında əlaqələrin yaxınlaşmasına müxalifdir, eləcə də müharibələrin, qarşıdurmaların əsas mənşəsi, terrorçu qrupların əsas təminatçısı həmin imperialist qüvvələrdir. “Amma bu problemlərin həlli yolu müstəqil ölkələrin yaxınlaşması, həmkarlıqların genişlənməsidir”

Ayətullah Xamenei bildirb ki, imperialist qüvvələr dünyanın müxtəlif bölgələrində müharibələr və qarşıdurmalar yaradır. “Bizim regionda və Afrikadakı terrorçu qruplaşmalar Amerika, İngiltərə, sionist rejimin kəşfiyyat qurumlarının yetirmələridir”

Ayətullah Xamenei Suriya xalqının terrorizmdən əziyyət çəkdiyini və orada terroristlərin pul və qabaqcıl silahları necə əldə etdiklərini soruşaraq bildirib ki, bütün problemlərin kökü Amerika və sionist rejim başda olmaqla imperialist qüvvələrdir.

Ayətullah Xamenei sonda bildirib ki, İran və Qananın əməkdaşlığı artırmaq üçünböyük potensiala malikdir, ümid edirik ki, bu səfər həmkarlıqların artması ilə nəticələnəcək

Qana prezidenti Jon Dramani Mahama İranın Qanaya humanitar yardımlarına, Afrikada azadlıq hərəkatlarına verilən dəstəyə görə təşəkkür edib./maide/
584 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber