Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2016

"Putinlə təkcə mən danışa bilərəm"

ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd olan Donald Tramp Cənubi Karolina ştatında seçkiqabağı mitinqdə çıxışı zamanı Rusiyaya olan sevgisini etiraf edib.

Milyarder rəqibləri senatorlar Ted Kruz və Marko Rubiodan fərqli olaraq, prezident seçiləcəyi təqdirdə Rusiya ilə əlaqələr qura biləcəyini deyib.

“Kruz və Rubio Rusiya ilə əlaqələr qura bilməz. Mən Rubio ilə bir yerdə dayanmışam, o, hovuzdan yenicə çıxan adama bənzəyir. O, təzyiqə tab gətirə bilməz. Mən sadəcə bu insanların Vladimir Putinlə necə danışıqlar aparacağını düşünə bilmirəm.

Siz ölkə üçün sərfəli razılaşmalar istəyirsiniz? Siz Rusiya ilə saziş istəyirsiniz? Əgər Rusiya ilə yaxşı sazişlər istəyirsinizsə, onda Putinlə danışmaq lazımdır. Və baş verən axmaq hadisələrdən sonra Rusiya ilə yaxşı əlaqələrin yaradılmasında pis heç nə yoxdur”,- deyə Tramp qeyd edib./azvision/
531 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...