Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2016

Hakimiyyət hər vətəndaşı nə qədər borca salıb?

Adambaşına düşən xarici borc 1178, daxili borc 2400 manatdır

Hakimiyyət uzun illər ərzində iqtisadi inkişafdan, ÜDM-in artmasından, vətəndaşların həyat səviyyəsinin yüksəlməsindən, ixrac və idxaldakı uğurlardan danışıb və yalançı rəqəmlərlə vətəndaşı aldatmağa çalışıb. Yəni sadə vətəndaşı iqtisadi terminlərlə, parıltılı rəqəmlərlə çaşdırıblar.

Amma reallıq budur ki, Azərbaycan xarici və daxili borcun məngənəsində qalıb. Demək olar, hər ailənin borcu var. Kimisinin banklara, kimisinin qohumlara, kimsinin mağazalara borcu var. Rəsmi statistika belədir ki, 2.5 milyon vətəndaşın banklara borcu var. Amma qızıl müqabilində lombarddan pul götürənlər, qarşılıqlı etimad əsasında borc alanlar, pensiya vəsiqəsini girov qoyub borc götürənlər, mağazalardakı nisyə dəftərləri rəsmi statistikaya düşmür. Təkcə rəsmi statistikaya istinad etsək, vətəndaşların banklara 22 milyard borcu var. Əgər bu 22 milyardı 9 milyona bölsək, adambaşına düşən daxili borc 2400 manat edir. Bəli, rəsmi rəqəmlərə istinad edəndə vətəndaşın vəziyyətini belə qiymətləndirmək olar. Faktiki olaraq adambaşına düşən daxili borc, orta aylıq əmək haqqından 5 dəfə çoxdur. Əgər qeyri-rəsmi borclanmanı da bura əlavə etsək, adambaşına düşən daxili borcu 4000 manat qiymətləndirmək olar. Bu isə ota aylıq əmək haqqından təxminən 9 dəfə çoxdur.

Amma “borc bolluğu” bununla yekunlaşmır. Bu gün ölkənin külli miqdarda xarici borcu var ki, bu da vətəndaşın boğazına şərik olan digər faktordur.

Ölkə başçısı Ilham Əliyev yarıtmaz siyasəti sığortalamaq üçün həmişə 90-cı illərə səyahət edir və bildirir ki, vəziyyətimiz 90-cı illərdən çox-çox yaxşıdır.

Bəs, 90-cı illərdə ölkənin mənzərəsi necə olub? 1994-cü ildə ölkəmizdə adambaşına düşən xarici borc 9 dollar idi. Indi isə yalnız dövlətin (dövlət şirkətləri və banklar istisna olmaqla) xarici borcu 7.2 milyard dollardı. Bu isə o deməkdir ki, hər yeni doğulan azərbaycanlı xaricilərə 750 dollar borc ilə doğulur. Beləliklə, məlum olur ki, 21 ildən sonra neft gəlirləri artan ölkənin xarici borcu 80 dəfədən çox artıb. Deməli, neft gəlirlərinin olmadığı dövrdə xarici borcumuz indikindən 80 dəfə az imiş.

Bir sözlə, rəsmi rəqəmlərə istinad edəndə adambaşına düşən daxili borc 2400 manat, adambaşına düşən xarici borc isə 750 dollar, yəni 1178 manatdır. Deməli, ölkədə adambaşına düşən ümumi borc 3578 manatdır. Bu isə 150 manat maaş alan müəlimin təxminən 2 illik maaşı qədərdi.

Azərbaycan hakimiyyətinin “analoqsuz inkişaf” göstəricisi bundan ibarətdir. Dünyanın heç bir ölkəsində belə göstərici yoxdur. Əslində, neftdən gələn pulların 25 faizi gələcək nəsillərə saxlanmalıydı, reallıq isə onu göstərir ki, gələcək nəsillər borcla doğulur.

Yəni Azərbaycan reallığı budur, Azərbyacanı bugünə salıblar. Neft və milyardlar səltənətində hər bir vətəndaşın 3578 maant borcu var. Azərbaycan vətəndaşı “ən çox borca görə” rekord vurur və bu “rekord”u heç bir ölkənin vətəndaşı təkrarlaya bilməz. Bu, hakimiyyətin “süfrə”yə gətirdiyi, 3578 maantlıq “borc qazanı”dır./azadliq/
811 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:02