Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2013

Ermənilər çobanlarımızı atəşə tutdu: təlafat var

Tərtərin Qapanlı kəndində atla əkin sahəsindən qayıdan sakinlərdən biri atəşə məruz qalıb

Bu gün saat 15:30 radələrində Ermənistan silahlı birləşmələri işğal altında olan Talış kəndində yerləşən mövqelərindən Respublikamızın Tərtər rayonunun cəbhə xəttində yerləşən Çaylı kəndini atəşə tutublar.

Ans-in bölgə müxbirinin verdiyi məlumata görə, otlaqlarda qoyun otaran çobanlar atəşə məruz qalıb. Nəticədə Çaylı kənd sakini Etibar Şahvələdova məxsus 9 baş xırda buynuzlu mal-qara tələf olub.

Saat 16 radələrində isə Tərtər rayonun təmas xəttində yerləşən Qapanlı kəndi işğal altında olan Seyid Suman kəndi ərazisindən atəşə tutulub. Atla əkin sahəsindən qayıdan sakinlərdən biri atəşə məruz qalıb. Xoşbəxtlikdən güllə sakinə dəyməyib. At isə güllə zərbəsi alıb. Hadisə nəticəsində sakinlər arasında hələ ki ölən və yaralananın olmadığı bildirilir.
1722 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 07:42