Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2016

Dələduzluq etmiş komitə rəsmisi ölkədən qaçıb

Azərbaycanda Dövlət Komitəsinin keçmiş aparat rəhbəri Səfər İmanovun ölkədən nə vaxt qaçdığı məlum olub.

Vəkil Adəm Məmmədov bildirib ki, araşdırmalar nəticəsində məlum olub ki, S. İmanov bu il yanvarın 31-də Bakı-İstanbul reysi ilə ölkəni tərk edib. Ölkədən qaçmazdan əvvəl isə Azərbaycanda olan bütün mülklərini satıb.

Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş aparat rəhbəri S. İmanov dələduzluqda ittiham olunur. S. İmanov vətəndaşı icra başçısının müavini vəzifəsinə düzəltmək adı ilə ondan 170 min ABŞ dolları alıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə Komitəsindən bildirilib ki, Komitənin sabiq Aparat rəhbəri S. İmanovun rüşvətxorluq və insanları aldatmaq ilə bağlı əməlləri barədə vətəndaşlar tərəfindən müraciətlər daxil olub.

Məlumatda bildirilib ki, 5 fevral 2016-cı il tarixində bu məsələlərin araşdırılması üçün Dövlət Komitəsi rəsmi şəkildə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib./apa/
1491 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:14