Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2013

“Bizə əmr və göstəriş verməyin, biz belə şeyi qəbul etmirik”

Bir sutkada 20 fazilik uranın zənginləşdirilməsi işlərini bərpa edə bilərik – İran XiN rəhbəri
“Bizə əmr və göstəriş verməyin, biz belə şeyi qəbul etmirik.”

SalamNews-un İran mətbuatına istinadla verdiyi xəbərə görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehran Universitetində çıxışı zamanı bildirib. O, ABŞ hökümətinin son günlərdə tətbiq etdiyi yeni sanksiyalara toxunaraq, Vaşinqtonu nüvə fəaliyyətinin sabiqdəki kimi bərpa ediləcəyi ilə hədələyib.

M.C.Zərif ölkə daxilində nüvə anlaşmasına mühafizəkar mövqe ilə yanaşanları arxayın edərək, deyib: “Biz elmi və texnoloji məsələlərdə istehsalçı olmalıyıq, istehlakçı deyil. Bu, bizim siyasətimizdir. Bizi sanksiyalarla hədələməsinlər. Biz 24 saat ərzində uranı əvvəlki kimi 20 faziə qədər zənginləşdirilməsini yenidən bərpa edə bilərik.”

Xatırladaq ki, İran və “Altılıq” nümayəndələrinin texniki danışıqları bir həftə fasilədən sonra sabah Cenevrədə davam etdiriləcək.
1527 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber