Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2016

17 fevralda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Fevralın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Gündüz mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 11-16, bəzi yerlərdə 19 dərəcə isti, Bakıda gecə 5-7, gündüz 14-16 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 766 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.



Azərbaycanın rayonlarında

Fevralın 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, axşam isə yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 12-17, bəzi yerlərdə 21, dağlarda gecə 3-8 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 12-17 dərəcə isti olacaq.



Tibbi-meteoroloji proqnoz

Fevralın 17-də Abşeron yarımadasında atmosfer təzyiqinin bir qədər enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.
656 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber